Qərb ölkələri Ukraynaya qoşun göndərə bilər – Emmanuel Makronbackend

Qərb ölkələri Ukraynaya qoşun göndərə bilər – Emmanuel Makron

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələcəkdə Qərb müttəfiqlərinin qoşunları Rusiyanın təcavüzünə qarşı kömək etmək üçün Ukraynaya göndərilə bilər, lakin hazırda bu məsələdə konsensus yoxdur.

Editor.az “Le Figaro”ya istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Ukraynaya dəstək üzrə beynəlxalq konfransın yekunlarından sonra deyib. “Bu gün quru qoşunlarının göndərilməsi ilə bağlı konsensus yoxdur. Lakin gələcəkdə heç nəyi istisna etmək olmaz.

Biz Rusiyanın bu müharibədə qalib gələ bilməməsi üçün lazım olan hər şeyi edəcəyik”, – Makron deyib. Fransa prezidenti “strateji qeyri-müəyyənliyi” əsas gətirərək, bu məsələnin müzakirəsi ilə bağlı təfərrüatları açıqlamaqdan imtina edib, lakin “Fransanın buna qarşı olduğunu heç vaxt demədiyini” vurğulayıb.

Qərb qoşunlarının müdaxiləsinə qarşı çıxanların mövqeyini şərh edən Makron deyib: “Bu gün “heç vaxt” deyənlərin çoxu iki il qabaq tankların, təyyarələrin, uzaqmənzilli raketlərin tədarükünə “heç vaxt” deyən insanlardır.” Onun sözlərinə görə, bu səbəbdən Ukraynanın müttəfiqləri yardım göstərməkdə çox vaxt 6-12 ay gecikdilər.

//Samir Qurbanov, Editor.az