Qərb Paşinyanı qurban vermək istəyir – Türk general AÇIQLADIbackend

Qərb Paşinyanı qurban vermək istəyir – Türk general AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın sonuncu irimiqyaslı təxribatı planlı bir hərəkət idi”.

Bunu Milli.Az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ordunun ehtiyatda olan generalı Yücel Karauz deyib.

General bildirib ki, Ermənistan ona havadarlıq edən dövlətləri bölgəyə gətirmək istəyir:

“Hazırda Ermənistan xaricindəki və daxilindəki bəzi qüvvələr Paşinyan hökümətinin istefasını, Ermənistanın bu haqsız-hüquqsuz davam etdirdiyi beynəlxalq hüquqa qarşı çıxaraq işğal etdiyi torpaqların azad edilməsi nəticəsində imzalanan 10 noyabr bəyanatına zidd davranışlarını, bu bölgədə tez-tez – 10, 20, 30 il silahlı qarşıdrumanın davam etməsini və bu halda da öz milli mənfəətlərinə xidmət etməsini istəyirlər. Xüsusən də Ermənistan daxilindəki satqın Qarabağ-klanı və Paşinyanı istəməyən qruplar var. O qruplar ki, həm şimalda Rusiya ilə əlaqələr, həm Avropa ilə, həm də Amerika diasporası ilə əlaqəli Ermənistan daxili siyasətinə istiqamətlənmiş fəaliyyət nəticəsində yalan və saxta məlumatlarla Azərbaycanı beynəlxalq hüquq qarşısında çətin vəziyyətə salmağa çalışırlar. Başda Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) dövlətləri olmaqla onları bölgəyə cəlb edərək buradakı problemə müdaxilə etmələri və bu bölgədəki mövcud gərgin vəziyyəti qalıcı hala gətirmək istəyirlər. Ermənilərin törətdikləri terror fəaliyyətlərinin hamısında bu ssenari əsas ana xətti təşkil edir. Son hadisələr də planlı, proqramlaşdırılmış bir terror fəaliyyətidir. Ucu xaricdə, icra edənləri daxilində olan bir iş birliyi nəticəsində bu cür terror əməlləri davam etməkdədir.

Sərhəddəki son olayların baş verdiyi gecədən etibarən İrəvan küçələrindəki etiraz aksiyaları da əslində bunun qabaqcadan necə hazırlandığının bir təsdiqidir. Ermənistan 10 noyabr kapitulyasiya aktı ilə razılaşa bilmir. 1 il əvvəl aldıqları bu böyük məğlubiyyəti hələ də üzərlərindən ata bilmirlər, qəbul edə bilmirlər. 200 ildir Qərb tərəfindən ərköyünləşdirilən, özləri üçün yad torpaqlarda bir dövlət yaradan Ermənistan Qərbin ərköyün övladı olaraq maşalarını, “kuklasını” yönləndirən bu insanların (Qərbdəki qüvvələr) istəyinə uyğun olaraq vəzifəsini yerinə yetirməyə çalışır. Fəqət 44 günlük Vətən müharibəsi boyunca o qədər çox beynəlxalq hüquqa zidd və yalan-yanlış məlumatlarla beynəlxalq ictimiyyətə dezinformasiyalar ötürməyə çalışsalar da, heç kim Ermənistanın yalanlarına, bu törətdiyi öncədən planlaşdırılmış ssenarilərinə inanmadı. Amma bundan 20-30 iln öncə olsaydı, Ermənistan dünyada saxta məlumatlarla Qərbin dəstəyini ala bilərdi.

Ermənistanın buradakı hədəfi başqa dövlətləri Rusiya sülhməramlıları xaricində bölgəyə gətirməkdir. İndi burada sözü keçən ölkə Türkiyə, Azərbaycan, Rusiyadır, dolayısı ilə statusu müəyyənləşdirən 3+3 platformasına kimi diplomatik fəaliyyəti yaradan bu 3 ölkənin xaricindəki İran, Fransa daxil narahat olan dövlətlər bu platformanın baş tutmaması üçün əllərindən gələni edirlər. Onlar müxtəlif vasitələrlə Azərbaycanı sinirlərinə hakim olmadan Ermənistan torpaqlarına qarşı beynəxlalq hüquqa zidd addımlara qarşı yönləndirməyə çalışırlar. Xüsusilə Azərbaycanı beynəlxalq hüquq baxımından yanlış addımlara məcbur etdikdə beynəlxalq ictimiyyətin təzyiqi ilə üz-üzə qoymağı planlaşdırılar. Çünki savaş meydanında qazandığı Zəfəri diplomatiya masasında taclandırmasını, bölgəni abadlaşdırmasını, Qafqazın sülh, sabitlik, enerji təhlükəsizliyi mənasında örnək bir hala gəlməsini istəmirlər.

Atəşkəs yenidən təmin edilib. Uzun, həssas bir barış sülh yolu var. Azərbaycan dövləti qalib tərəf kimi Ermənistana barış əlini uzadıb. Barışın şərtlərini müzakirə etmək, bu sülhün gətirəcəyi xeyirdən bərabər faydalanmaq lazımdır. Prezident İlham Əliyevin barış əlinə Ermənistan təəssüf ki, hələ mərmi ilə, terror fəaliyyəti ilə və hərbi təxribatlarla qarşılıq verir. Bizdə bir söz var: Nəsihətə əməl etməyəni təhqir etmək lazımdır. Onu da anlamasa, dəmir yumruqla başını əzmək lazımdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sülh əlini sıxmaqdan başqa Ermənistanın çıxış yolu yoxdur.

Allah şəhidlərimizə rəhmət eləsin. Onları qanı yerdə qalmamalıdır. Söz dinləməyən, sülhə fürsət verməyən, sülh üçün uzadılan əli geri çevirən Ermənistanın bu etdiyi hərəkətlərə görə başına dəmir yumruq vurularaq qarşılıq verilməlidir və edilir də”.