Qərb Rusiya ilə danışıqlara başlamaq üçün Ukraynaya təzyiqləri artıracaq, əgər…backend

Qərb Rusiya ilə danışıqlara başlamaq üçün Ukraynaya təzyiqləri artıracaq, əgər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb müttəfiqləri Rusiya Federasiyası ilə sülh danışıqlara başlamaq üçün Ukraynaya təzyiq göstərə bilər.

Ukrayna ordusunun hücumu uğursuzluğa məruz qalarsa, bu vəziyyət baş verə bilər.

Editor.az bildirir ki, bu barədə Almaniyanın “Bild” nəşri yazıb. Nəşrin fikrincə, Qərb “yeni silah tədarükü vasitəsilə payıza qədər Ukraynaya Rusiyanın nəzarətində olan əraziləri geri almasına nail olmaq niyyətindədir.

Lakin eyni zamanda bu hücum uğursuz olarsa, o zaman Qərb Ukrayna və Rusiya Federasiyası arasında danışıqlar üçün təzyiqləri artıracaq. Nəşr qeyd edir ki, Ukraynaya qeyri-məhdud dəstək elan edilməsinə baxmayaraq, Qərb liderləri bununla bağlı Ukrayna prezidenti Volodimir Zelenskiyə ultimatum irəli sürüblər.

  //Samir Qurbanov, Editor.az