Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İsveçrənin xarici işlər naziri İqnazio Kassisin Rusiyanın Ukrayna üzrə danışıqlara cəlb edilməsinin zəruriliyi ilə bağlı sözlərini şərh edib.
Editor.az bildirir ki, bu barədə “İzvestiya” məlumat yayıb. Xanım Zaxarovanın sözlərinə görə, Rusiya nümayəndələrinin müzakirələrdə iştirak etməsi üçün Qərb ölkələri anti-Rusiya sanksiyalarını qəbul etməyi və Ukrayna silahlı qüvvələrini silahla təmin etməyi dayandırmalıdırlar.
“Əgər söhbət ayrı-ayrı ölkələrin Vaşinqtonun düşdüyü çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq istəyindən gedirsə, bu bir söhbətdir. Onda onlar Ukraynaya silah tədarükünü dayandırmalı, anti-Rusiya sanksiyalarını qəbul etməməli və rusofob bəyanatlar verməməlidirlər”, – Zaxarova bildirib. Onun fikrincə, İsveçrə Xarici İşlər Nazirliyinin rəhbəri “Rusiyanın prinsipial yanaşmalarına” təsir etmək üçün belə bir bəyanat verə bilər. Lakin bu yolla “biz tələyə düşməyəcəyik”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib.
//Samir Qurbanov, Editor.az

