Qərb ölkələrinin liderləri Rusiya ilə Ukrayna arasında atəşkəsin bağlanmasının zəruriliyi barədə danışmaqdan çəkinmirlər.
Editor.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Lakin onun fikrincə, bu, Ukrayna ordusuna hərbi texnika və sursat ehtiyatlarını artırmaq üçün vaxt vermək deməkdir. “İndi Qərb liderləri bu barədə açıq danışır, məhz bunu təklif edirlər.
Üstəlik, bunun münaqişənin sonu olmayacağını, əksinə, bunun pauza olacağını açıq şəkildə şərtləndirməklə – Qərbin Minsk razılaşmalarına pauza kimi ehtiyacı olduğu kimi. Eyni taktika indi bizim qərbli həmkarlarımızın apardığı söhbətlərə də sirayət edir və onları bizimlə deyil, açıq şəkildə aparırlar”, – deyə nazir Birinci Kanalda “Böyük Oyun” verilişində deyib.
//Samir Qurbanov Editor.az

