Rusiya iqtisadiyyatının texnoloji sektoru Qərb ölkələrinin sanksiyalarına baxmayaraq səmərəli fəaliyyətini davam etdirir.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir. Bildirilib ki, rus texnologiyaları nəinki ölkə daxilində uğurla işləyir, hətta xaricə də fəal şəkildə satılır.
Nəşr qeyd edir ki, Rusiyada baş verən proseslər Cənubi Amerika və Afrikada xüsusilə dəyərlidir. Dekabrda Rusiyanın baş naziri Mixail Mişustin demişdi ki, Rusiyanın əleyhdarları ölkənin texnologiyaya çıxışını əngəlləməyə çalışırlar və təkcə qabaqcıl inkişaflardan deyil, həm də sadə şeylərdən danışılır.
//Gülnarə Abasova, Editor.az

