“Qərb Rusiyanın taxıl sazişi ilə bağlı tələblərini yerinə yetirə bilər, amma bunu etməyəcək”backend

“Qərb Rusiyanın taxıl sazişi ilə bağlı tələblərini yerinə yetirə bilər, amma bunu etməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın ərzaq ixrac potensialının məhdudlaşdırılması öz rəqabət qabiliyyətini saxlamaq istəyən Qərbin marağındadır”.

Editor.az rus mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Taxıl İttifaqının prezidenti Arkadi Zloçevski deyib.

“Rusiyanın indi aşağı rəqabət qabiliyyətini artırsalar, özlərinə ziyan vuracaqlar. “Taxıl müqaviləsi binanın fasadı kimidir. Bunun arxasında tamam başqa maraqlar və motivlər dayanır. Qərbin mövqeyi tamamilə kinlidir”,-deyə o bildirib.

Dünyada kifayət qədər ərzaq ehtiyatının olduğunu bildirən Prezident Birləşmiş Millətlər Təşkilatının Afrikanın alıcılıq qabiliyyəti ilə bağlı problemlərinin həllinə kömək etməli olduğunu bildirib. O, Afrikanın sənaye potensialına diqqət çəkərək Afrika ölkələrinin yerli kənd təsərrüfatı istehsalı yaratmaq gücünə malik olduğunu vurğulayıb.

//Gülnarə Abasova, Editor.az