Qərb təzyiqi artırır: Ukrayna Rusiya ilə danışıqlara gedəcək?- AÇIQLAMAbackend

Qərb təzyiqi artırır: Ukrayna Rusiya ilə danışıqlara gedəcək?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, NBC telenakalının məlumatına görə, ABŞ və Avropa rəsmiləri Rusiya ilə sülh danışıqlarının mümkün nəticələri barədə rəsmi Kiyevlə müzakirələrə başlayıb. Əsas müzakirə Ukraynanın nə edə biləcəyi, razılaşmalar üçün hansı qurbanlar verə biləcəyi ətrafında aparılır.

Mövcud müharibə fonunda Qərbin Ukraynaya sülh üçün təzyiq edib-etməyəcəyi isə sual doğuran məsələdir.

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Əhəd Məmmədəli Ukraynaya sülhlə bağlı təzyiqlərin artıq başladığını bildirib:

Afina hökuməti reallığı həzm etməyə başlayıb - Əhəd Məmmədli

“Ukrayna müharibəsi uzandıqca əvvəl maraqlı olan tərəflərin artıq yorulduğunun və məsələnin gündəmdən düşdüyünün şahidi oluruq. Gündəmdə isə digər müharibələr dayanıb. Görünən odur ki, rəsmi Kiyevə təzyiqlər artmaqda davam edəcək. Ukrayna Polşa ilə də münasibətlərini pozub. Amerika və Avropadan da əvvəlki qədər dəstək ala bilmir. Ukrayna hökuməti öz müttəfiqləri ilə “savaşmağa” başlayıb. Kiyevin apardığı siyasət artıq Amerikanı, eləcə də Avropanı qıcıqlandırır. Gələn il ABŞ-da prezident seçkiləri baş tutacaq və Amerikanın başı elə bu məsələyə qarışacaq. Prezident seçkilərində Donald Tramp qalib gələrsə, Ukrayna üçün vəziyyət dəyişə bilər. Heç kimə sirr deyil ki, D.Tramp açıqlamalarında prezident olduğu halda müharibəni bir gün içərisində dayandıracağını bildirib. Hazırkı vəziyyət və proseslərin gedişatı Ukraynanın xeyrinə heç nə vəd etmir”.

Politoloq Azər Qasımlı isə məsələyə belə yanaşıb:

Azər Qasımlı: “Mən siyasi doğulmuşam” – Azlogos

“ABŞ və Avropa rəsmiləri Rusiya ilə sülh danışıqlarının mümkün nəticələri barədə rəsmi Kiyevlə müzakirələrə başlaması haqqında rəsmi məlumat yoxdur. Lakin hal-hazırda Ukrayna ilə bağlı müəyyən problemlər var. Rəsmi Kiyevin başlatdığı əks-hücum əməliyyatı gözlədikləri kimi uğurlu alınmadı. Öz növbəsində Konqresdə artıq Ukraynanı maliyyələşdirmək istəmir. Əslinə qalsa bu məsələni Co Bayden iqtidarı həll etməlidir və üzərində də işləyirlər. Düşünürəm ki, hər şey yaza yaxın bəlli olacaq. Qış aylarında Ukraynaya yeni silahlar veriləcəksə, yazda böyük əks-hücum gözləniləndir. Əgər rəsmi Kiyevin silahlandırılması baş tutmazsa, Rusiya ilə danışıqlar qaçınılmaz olacaq”.

//Safura Bənnayeva, Editor.az