“Qərb Ukraynanı aldatdı” – POLİTOLOQ ŞƏRH ETDİbackend

“Qərb Ukraynanı aldatdı” – POLİTOLOQ ŞƏRH ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artıq 20 aydan çoxdur ki, Rusiya-Ukrayna müharibəsi davam edir”.

Bu sözləri Editor.az-a Rusiya-Ukrayna müharibəsi ilə bağlı şərh verərkən politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Ukrayna indiyə qədər Qərbə arxayın olduğuna görə siyasi cəhətdən qalib idi: “Amma son zamanlarda baş verənlər göstərir ki, Ukrayna qalibiyyətini əldən verməyə başlayıb. Bütün hallarda görünən odur ki, Qərb Ukraynanı aldatdı.

Qərb Rusiya ilə üz-üzə gəlməyə çəkinir. Bu səbəbdən də yavaş-yavaş Ukraynanın yanından geri çəkilməyə başlayıb. Xüsusilə də bu işlərin başında ABŞ durur. Təəssüflər olsun ki, ABŞ Ukraynadakı hadisələri Qafqaza keçirtmək istəyir. Bu dəfə isə Azərbaycanla Rusiyanı üz-üzə qoymağa çalışır. Təbii ki, bu alınmayacaq, plan baş tutmayacaq. Bu konteksdə müharibənin əhatə dairəsinin genişlənmə təhlükəsi var. Təcrübəsizlik çox ciddi problemlər yaradır”.

Politoloqun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsində Zelenskinin düşünülməmiş addımları Ukraynanı məhvə gətirib çıxartdı:

“Baş verənlər bir daha göstərir ki, Qərb istənilən zaman öz mənafeləri uğruna hər hansı dövləti satmağa qadirdir. Təəssüf ki, bu dəfəki qurban Ukrayna oldu və özünə gəlməsi üçün ən azı 20 ilə ehtiyac var”.

//Səbinə Hüseynli, Editor.az