Qərb Ukraynaya dəstəyi dayandırır?-AÇIQLAMAbackend

Qərb Ukraynaya dəstəyi dayandırır?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda üstünlük nə Ukraynanın, nə də Rusiyanın tərəfindədir. Cənubdan Ukrayna irəliləyir, Şərqdən də Rusiya irəliləməyə cəhd edir”.

Bu sözləri Editor.az-a politoloq Samir Hümbətov Böyük Britaniyanın “The Times” nəşrinin Ukrayna-Rusiya müharibəsi ilə bağlı məqaləsinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, qəzet Rusiyanın Ukraynanın yorulması və Qərb ölkələri tərəfindən münaqişəyə marağın azalması səbəbindən Ukraynada qalib gələcəyini yazıb.

Onun sözlərinə görə, Rusiya tutduğu əraziləri sürətli şəkildə minalayır və keçilməz sədlər yaratmağa çalışır:”Bu da döyüş imkanlarını məhdudlaşdırır. Ukrayna da ABŞ-ın verdiyi son raket sistemləri ilə Rusiya hərbi bazalarını sıradan çıxarda bilir. Qarşılıqlı həmlələr davam edir”.

Politoloq fikrincə, Amerika prezidenti Co Bayden 64 milyard dollar məbləğ dəyərində Ukraynaya yardım edilməsi ilə bağlı müraciət edib:” Amerika “Lend-liz” qanunu qəbul etdi. Bu qanun bir ildən çoxdu fəaliyyətdədir. Həmin qərara əsasən Ukraynaya sərhədsiz miqdarda silah-sursat, hərbi texnika, humanitar və tibbi yardım ediləcək. Bu günə qədər ABŞ 70 milyard dollar Ukraynaya xərc qoyub . Düşünmürəm ki, rəsmi Kiyevə dəstək verməkdən imtina edəcəklər.Bu amil Rusiyanın asanlıqla Ukraynanı ələ almasına imkan verər ki, bu da Qərbi çətin vəziyyətə salacaq.Yavaş-yavaş da olsa dəstəyin davam edəcəyini hesab edirəm. Rusiya-Ukrayna müharibəsini Qərb ölkələri zamana yaymağa çalışırlar. Yəni, uzunmüddətli, yorucu, Rusiyanın iqtisadiyyatını, döyüş qabiliyyətini azaldan müharibə olmasını istəyirlər. Rəsmi Moskva bu müharibədə qalib gələrsə, Qərbdən 1997-ci il sərhədlərinə qayıtmağı tələb edəcək. Hansı ki, Pribaltika ölkələrindən başlayaraq tampon bölgənin boş saxlanılmasını özündə əks etdirir. Buna da Qərb razı olmayacaq”.

//Safura Bənnayeva, Editor.az