Ukraynada xarici hərbi kontingentə ən çox ehtimal olunan namizədlər Fransa və Böyük Britaniya silahlı qüvvələridir.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, London və Paris öz müttəfiqlərinə dəstək vermək və hərbi maliyyələşmədə iştirakını təmin etmək üçün fəal şəkildə təzyiq göstərirlər.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında avqustun 18-də keçirilən görüşdən sonra təhlükəsizlik zəmanəti olaraq Ukraynaya Qərb hərbçilərinin göndərilməsi məsələsi yenidən gündəmə gəlib.
//Gülnarə Abasova, Editor.az

