Qərb yardımı kəsdiyi üçün Afrika meymun çiçəyi problemi ilə üzləşibbackend

Qərb yardımı kəsdiyi üçün Afrika meymun çiçəyi problemi ilə üzləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Aİ-nin maliyyə yardımını kəsməsindən sonra Afrika ölkələrinin meymun xəstəliyinin yayılmasının qarşısını almaq üçün mübarizə apardığını bildirib.

Editor.az xəbər verir ki, bu barədə Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri məlumat yayıb.

Bildirilib ki, regionun ondan çox ölkəsi səhiyyə sistemləri kövrək olduğu üçün virusla mübarizəyə hazır deyil.

Statistikaya görə, 2025-ci ildə Afrikanın 13 ölkəsində 21 mindən çox xəstəlik qeydə alınacaq ki, bu da 2024-cü ildəki halların ümumi sayını (19,700) üstələyir. Təşkilatın nümayəndəsi Nqaşi Nqonqo dekabr ayına qədər rəqəmlərin iki dəfə arta biləcəyi barədə xəbərdarlıq edib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus, Afrikada çiçək xəstəliyinin beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti olduğunu bəyan edib.
Meymun çiçəyi nadir bir viral xəstəlikdir və immuniteti zəif olan insanlar üçün xüsusilə təhlükəlidir. Onun əsas simptomları qızdırma, intoksikasiya və xarakterik səpgidir. Yüngül hallarda xəstəlik 2-3 həftə davam edir və öz-özünə keçir.

Eyni zamanda, ÜST çiçək xəstəliyinin yeni bir koronavirus olmayacağını və karantin tələb etməyəcəyini açıqlayıb. Kütləvi peyvəndlərə də ehtiyac yoxdur.

//Gülnarə Abasova, Editor.az