Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-la nadir torpaq metalları üzrə çərçivə sazişindən sonra gözlənilən daha geniş təhlükəsizlik zəmanətlərini ehtiva etməyən yeni saziş imzalamağı gözləmir.
Editor.az bu barədə “The Economist” a istinadən xəbər verir. Zelenski fevralın 26-da Ukrayna və ABŞ arasında nadir torpaq metalları ilə bağlı əldə olunan razılaşmanın çərçivə olduğunu, ona görə də daha çox detalların daxil edildiyini bildirib. Onun sözlərinə görə, müqavilədə Kiyevin Vaşinqtona borcu olmadığı bildirilir.
Qeyd olunub ki, gələcək saziş çərçivə sazişindən fərqli olaraq Ali Radada təsdiqlənməlidir. Ağ Evin mətbuat katibi Carolyn Levitt bir gün əvvəl verdiyi açıqlamada ABŞ prezident administrasiyasının Ukrayna ilə mineral ehtiyatlar sazişinin bu həftə (martın 2-dən əvvəl) imzalanacağına ümid etdiyini bildirmişdi. Elə həmin gün Ukraynanın baş naziri Denis Şmıxal respublika hökumətinin ABŞ-la ölkənin yenidən qurulması üçün birgə investisiya fondunun yaradılması haqqında sazişin imzalanmasını təsdiq etdiyini bildirdi.
//Gülnarə Abasova, Editor.az