Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio artıq bu cümə axşamı, oktyabrın 23-də görüşə bilərlər.
Editor.az xəbər verir ki bu barədə Reuters agentliyi mənbələrə istinadla məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Lavrov və Rubionun danışıqları Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın iştirakı ilə keçiriləcək Rusiya–Amerika sammitinə hazırlıq çərçivəsində aparılacaq.
//Samir Qurbanov, Editor.az

