Qərbdən Azərbaycana verilən MESAJLAR: “Bu, Rusiya üçün sonun başlanğıcıdır”backend

Qərbdən Azərbaycana verilən MESAJLAR: “Bu, Rusiya üçün sonun başlanğıcıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyanın aparıcı dövlətləri yeni dünya düzənində Rusiya kimi dünya təhlükəsizliyinə təhdid yaradan ölkələrə qarşı həmrəylik nümayiş etdirir. Rusiyaya qarşı təzyiqlər getdikcə artır və daha da artacaq. Bu, onun üçün sonun başlanğıcıdır”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Azər Qasımov deyib.

Siyasi analitik vurğulayıb ki, ABŞ və Avropa İttifaqının son vaxtlar Azərbaycanla daha sıx maraqlanması, ABŞ Dövlət Katibinin iki dəfə rəsmi Bakı ilə əlaqə saxlaması, Ermənistana ayrılan yardımın azaldılması, dünən Brüsseldə baş tutan görüş bir sıra mühüm mesajlardan xəbər verir:

“Qərb yaxşı bilir ki, Rusiyaya qonşu olan dövlətlərdən ən əhəmiyyətli və təsir gücünə malik ölkə Azərbaycandır. Qərb Azərbaycanı sivil dünyanın yanında olmağa çağırır və mesaj verir ki, Rusiyadan kənar durmaqla problemlərini daha tez həll edə bilər. Türkiyənin Rusiyanın yanında kimi görünməsi isə sadəcə taktiki gedişdir. Bu, Rusiyanı birdən yox, tədricən yıxmaq, tamamilə küncə sıxışdırmamaq üçün atılan addımdır. Türkiyə Rusiyanın tamamilə çökdüyü zaman “qalxacaq toz-dumana su səpmək üçün” lazım olan ölkədir”.

//Gülnarə Abasova, Editor.az