Rusiyanın hava hücumundan müdafiə qüvvələri Qərb hərbi texnikasının böyük partiyası ilə yüklənmiş Ukrayna hərbi-nəqliyyat təyyarəsini vurub.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov açıqlayıb.
Onun sözlərinə görə, Rusiyanın Odessa vilayətindəki hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus hərbi nəqliyyat təyyarəsini havada vurub.
Təyyarənin göyərtəsində Qərb ölkələrinin Ukraynaya tədarük etdiyi silahların böyük bir hissəsinin olduğu bildirilib.
Teleqraf.com

