Qərbi Azərbaycan İcması Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı bəyanat yayıbbackend

Qərbi Azərbaycan İcması Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı bəyanat yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ulu öndərin birbaşa rəhbərliyi altında hazırlanan, insan hüquqları və demokratiya prinsiplərinə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası və azərbaycançılıq məfkurəsi ilə dövlət müstəqilliyinin milli ideoloji və hüquqi çərçivəsi müəyyənləşdirilib və istiqlalımızın əbədiliyi və dönməzliyi təmin edilib.

“Göyçə mahalı, Zəngəzur deyəndə xalqımızın ürəyi ağrıyır, xalq o torpaqların arzusu ilə yaşayır” sözləri ilə xalqımızın iztirablarını dilə gətirən ümummilli lider Heydər Əliyev Qərbi Azərbaycan mövzusuna bütövlükdə Azərbaycan xalqının mənafeyi və ədalət prinsipindən çıxış edərək böyük diqqət və qayğı göstərib. Ulu öndər Azərbaycan ərazilərinin Ermənistana verilməsinə, azərbaycanlıların oradan zorla qovulmasına dair tarixi faktları və azərbaycanlı qaçqınların geriyə qayıtmaq hüququ məsələsini ən mötəbər beynəlxalq platformalarda dilə gətirib. Prezident Heydər Əliyevin azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi şəkildə deportasiyasına siyasi-hüquqi qiymətin verilməsi haqqında 1997-ci il dekabrın 18-də verdiyi Fərman ölkənin milli qanunvericiliyində qaçqınların geri qayıtmaq hüququnu təsbit etməsi və onlara göstərdiyi sosial dəstək Qərbi azərbaycanlılar tərəfindən heç vaxt unudulmayacaq.

Ümummilli liderin layiqli davamçısı olan İlham Əliyevin bütün sahələrdə apardığı uğurlu siyasət Vətən həsrəti ilə yaşayan Qərbi azərbaycanlılara ən böyük təsəlli və bizim haqq işimizin öz həllini tapacağına zəmanətdir. Ata vəsiyyətini yerinə yetirib Şuşa şəhəri daxil olmaqla Azərbaycan torpaqlarını yadelli işğalından azad etmiş müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gün məhz həmin şəhərdə ümummilli liderin 100 illik yubileyini qeyd etməsi, haqq-ədalətin təntənəsi və çox mənalı tarixi hadisə olaraq biz Qərbi azərbaycanlıları gələcəyə daha nikbin baxmağa inandırır”.