Qərbi azərbaycanlıların Ermənistana qaytarılması işinin düyməsinə basılıb:”İrəvan aqibəti haqqında qərarları özü verməlidir”backend

Qərbi azərbaycanlıların Ermənistana qaytarılması işinin düyməsinə basılıb:“İrəvan aqibəti haqqında qərarları özü verməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan toplumunda onun rəsmi və siravi fərdlərində hansı söz və ifadələrin şok effekt yaratdığını dəqiq proqnozlaşdırmaq çətin olsa da o yandan gələn hər şeyi Xəzərin sahilində biz soyuqqanlı şəkildə qarşılamağa öyrəşmişik. Çünki səsləndirilən ifadələrin, verilən bəyanatların hədəfinin bir neçə ünvan olduğundan xəbərdarıq”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, söz və ifadə azadlığından gur səslə Ermənistanı danışdıranlar da, Ermənistan özü də bilməlidir ki, sülh müqaviləsinin şərtləri okeanın o tayındakı sularda səthi yazılmayıb:

“Elə Azərbaycan tərəfindən qəti olaraq diktə olunur, regionumuzda da razılaşdırılır. Simonyan hansı siyasi iradədən danışır ki, bir şey olmamış qoltuqlarına papkalarını vurur, qapı-qapı düşməyə başlayırlar. Məqsəd isə boyunduruq altında olan Ermənistanın hər dəfə bir digər cəbhə tərəfindən başına daha bərk vurulmasının qarşısının alınması, ən azından isə neytrallaşdırılmasıdır. Odur ki, siyasi iradənin mövcudluğu, kəmiyyəti, keyfiyyəti ətrafında Ermənistan düzgün düşünməli, səlis proqnozlar aparmalıdır. Sülhdən öncə isə Qazaxın yeddi, Naxçıvanın Kərki kəndləri olmaqla anklavlar məsələsi həll olunmalıdır, ya da elə sülh müqaviləsinin kontentində ehtiva olunmalıdır. Həm də bir digər məsələ odur ki, delimitasiya yekunlaşmalıdır. Erməni rəsmiləri isə açıqlamalarında bir neçə istiqamətə oynayır. Daxili auditoriya, Türkiyə və Azərbaycan, Rusiya və bütövlükdə Qərb. Son zamanlar ritorikalarında İrana görə də incə korrektələrə gedirlər. Qərbi azərbaycanlıların Ermənistana qaytarılması işinin düyməsinə basılıb. Sülh Ermənistanın tarixi həqiqətləri inkar etmədiyi, mövcud reallığı isə təhrif etmədiyi halda mümkündür. Eyni zamanda, danışıqlar vasitəsiz, birbaşa və ikitərəfli əsasda olmalıdır. Ermənistan öz aqibəti haqqında qərarları özü verməyə çalışmalıdır”.

//Gülnarə Abasova, Editor.az