Qərbi narahat edən sıx əməkdaşlıq: -Rusiyanın Çindən aslılığı artır?backend

Qərbi narahat edən sıx əməkdaşlıq: -Rusiyanın Çindən aslılığı artır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftə Rusiya Prezidenti Vladimir Putinlə Çin Sədri Si Szinpin arasında görüş olub. Çin-Rusiya ittifaqı Qərbi ciddi narahat edən geopolitik amilə çevrildiyi halda bu səfərin baş tutması böyük maraqla qarşılanıb.

Politoloq Samir Hümbətov Editor.az-a açıqlamasında bildirib ki, Vladimir Putinin Çinə səfəri çərçivəsində bir sıra sahələr üzrə həm müzakirələr aparılıb, həm də bir sıra vacib sənədlər imzalanıb:

“Rusiya-Ukrayna müharibəsindən sonra Moskvanın Pekinlə ticari əlaqələri daha da güclənib. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 90 milyard dolların üzərində olsa da 2022-2023-cü illərin statistikasına baxdıqda görünən odur ki, bu rəqəmlər təqribən 290-300 milyard dollara qədər qalxıb. Rəqəmləri daha yuxarı bir səviyyəyə qaldırmağa çalışırlar. Rusiya Qərblə ticarətini potensial olaraq Çin və Hindistanın üzərinə keçirib. Bu baxımdan Rusiyanın Çindən müəyyən dərəcədə aslılığı olsa da bu, tam deyil. Çinin də Rusiyadan gələn xammala ehtiyacı var. Bura neft, neft məhsulları, meşə materialları, yeraltı və yerüstü bəzi sərvətlər daxildir”.

S.Hümbətovun sözlərinə görə, Rusiya və Çin arasındakı sıx ticari əməkdaşlıq Qərbə sərf etmir:

“Çünki Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarda əsas məqsəd onu Ukrayna müharibəsindən çəkindirməyə hesablanıb. İndiki şəraitdə Rusiya Qərblə olan ticarətin istiqamətini Çinə dəyişibsə, burada özgüvən formalaşıb, yəni müharibəni dayandırmaq ehtimalı azalıb. Hər iki ölkə BMT TŞ-nin daimi üzvlərindən biridir, eyni zamanda nüvə silahına malik ölkələrdir. Ancaq Çinin iqtisadi imkanları Rusiyaya baxdıqda daha güclüdür”.

//Gülnarə Abasova, Editor.az