Qərbi Zəngəzurun Azərbaycana aid olması rəsmən elan edilə bilər: “Lazımi strateji nöqtələrə yiyələnmişik”backend

Qərbi Zəngəzurun Azərbaycana aid olması rəsmən elan edilə bilər: “Lazımi strateji nöqtələrə yiyələnmişik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Üçüncü dövlətdən Ermənistana verilən təxribat əmri və  ordumuza qarşı aparılan təxribat- hücum- diversiya- terror aktları…Vəziyyətin bu həddə çatması onu göstərir ki, Azərbaycanla yalnız Ermənistan döyüşmür. Ermənistan tərəfinin Azərbaycan torpaqlarına hücum etməsi, Qarabağı Azərbaycan ərazisi kimi tanımaması, Ermənistanın Kəlbəcər, Laçın və digər Azərbaycan torpaqlarına qarşı ərazi iddiası onu deməyə əsas verir ki, Azərbaycan da eyni şəkildə Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra, qərbi Zəngəzurun da Azərbaycana aid olmasını rəsmən elan edə bilər”.

Bu sözləri Editor.az-a açıqlamasında Bakı Politoloqlar klubunun rəhbəri Zaur Məmmədov deyib.

Politoloq Türkiyənin proseslərə müdaxilə edə bilmə ehtimalından danışarkən bildirib ki, Azərbaycan Ordusu kifayət qədər güclüdür:

” Qardaş Türkiyə hər zaman siyasi müstəvidə, qardaş ölkə olaraq Azərbaycanın yanındadır. Ermənistanla təkbətək döyüşdə Türkiyənin hərbi dəstəyinə ehtiyacımız yoxdur. Lakin döyüşlərdə Ermənistanın yanında hər hansı digər dövlətin ordusu iştirak edərsə, bu regional məsələlərin daha da genişlənməsinə gətirib çıxara bilər. Amma indiki halda bu real görünmür. Rusiya və Türkiyə proseslərə hərbi müdaxilə etməyəcək. Cənubi Qafqazda yeni müharibənin başlama ehtimalı sıfıra bərabərdir”.

Siyasi analitik qeyd edib ki,  düşmən  tərəfindən sərhəddə və Qarabağda törədiləcək təxribatlara hər zaman hazır olmalıyıq:

Lakin hər təxribat bizim lehimizə nəticələnir. Bu gün səhər saatlarında  daha bir uğurlu əməliyyat baş tutdu. Ordumuz qürurumuzdur. Hazırda döyüşlər davam edir. İrəvan və digərləri bilməlidirlər ki, hərbi təxribatları  tamam başqa istiqamət ala bilər. Ermənilərə səslənirik, ya sərhədlərimizi tanıyacaqsız və şərtlərimizi yerinə yetirəcəksiz, ya da hər gün dəmir yumruğumuzu görəcəksiz. Kiməsə arxalanmayın! Hazırki saata olan məlumata görə,  ordumuz yeni qrup erməni hərbiçilərini götürdü. Amma götürülən təkcə hərbçilər deyil, hərbi qənimətlər də var. Ən əsası isə, lazimi strateji nöqtələrə yiyələnmişik”.

//Gülnarə Abasova, Editor.az