“Qərbin dəstəyi müharibənin nəticəsini dəyişə bilər”-Tofiq Zülfüqarovbackend

“Qərbin dəstəyi müharibənin nəticəsini dəyişə bilər”-Tofiq Zülfüqarov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsi hələ də davam edir. Ukraynada hərbi vəziyyət rejimi 90 gün də uzadıldı. Bu müharibənin gedişində Ukraynaya Qərbin ən son texnikalarla dəstəyi göz önündədir. Rusiya texniki baxımdan Ukraynadan üstün olsa da hələ bir qələbə əldə etməyib.

Digər tərəfdən də Rusiya-Ukrayna müharibəsi səbəbilə Avropada təbii qazın qiyməti olduqca yüksəlib. Qiymətlərin bahalaşması, iqtisadi problemlərin yaranmasına və beləliklə, Qərbin Ukraynaya dəstəyinin dayanmasına səbəb ola bilərmi?

Maraqlıdır, hal-hazırda Rusiya-Ukrayna müharibəsində üstünlük kimin əlindədir?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Ukraynada daha keyfiyyətli silahlarının olması bir faktdır: “Bu, özünü bu və ya digər şəkildə cəbhədə biruzə verir. Amma onların miqdarı Ukrayna mütəxəssislərinin dediyinə görə hələ də yetərincə deyil. Rusiyanın silahları deyilənə görə o qədər də yüksək keyfiyyətli deyil. Amma say etibarilə Ukraynanı üstələyir. Sual yaranır ki, müharibənin gedişində həqiqətən də dəyişikliklər yaranacaq, yoxsa yox? Bunu cavablandırmaq çətindir. Hərşey Qərbdən, göndərdiyi silahlardan asılıdır. Böyük miqdarda silah yardımı olarsa, ehtimal ki, vəziyyət dəyişə bilər. Silahların az verilməsi Ukraynanın üstünlük qazanmasına əsas vermir”.

Keçmiş XİN rəhbərinin sözlərinə gör, kollektiv Qərb deyildikdə onun tərkibində müxtəlif mövqelər mövcuddur:

“Mövqelər də müvəqqəti də olsa atəşkəsə nail olmaq lazımdır ki, danışıqlar siyasi yolla getsin. Danışıqların uğurlu olub-olmamasında ümidlər böyük deyil. Avropa İttifaqının başında olan Almanya, Fransa bəlkə də İtalya bu mövqedədir ki, müvəqqəti atəşkəsə nail olunsun. Ukraynanın mövqeyi isə fərqlidir. Onlar hesab edir ki, müharibə davam etməlidir. Bunun tərəfdarları da var, tənqidçiləri də…Qərb ciddi şəkildə kömək etsə, ölkənin dağılmasının qarşısını almaq üçün bəlkə də müvəqqəti atəşkəs mümkündür”.

 
//Safura Bənnayeva, Editor.az