“Qərbin ən güclü, zəif yeri demokratiya və seçkilərdir”-ABŞ-ın hədəfi dəyişdi-Natiq Cəfərlibackend

“Qərbin ən güclü, zəif yeri demokratiya və seçkilərdir”-ABŞ-ın hədəfi dəyişdi-Natiq Cəfərli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şimal axını-1” və “Şimal axını-2″ boru kəmərində partlayış baş verib. Bu partlayışdan sonra boruya daxil olan duzlu su korroziyaya səbəb olacaq. Bu hal yaşanarsa, həmin boruları bərpa etmək heç cür alınmayacaq”.

Bu fikirləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, bu amil Avropada əsasən də Almaniyada qazla olan problemləri daha da artıracaq:

“Qış ayları yaxınlaşır. Bu müddətdə qaz kəsintiləri Avropada ciddi siyasi problemlərin yaranmasına səbəb ola bilər. Ümumiyyətlə, qazın dayandırılması həm də ona hesablanıb ki, gələn il üçün nəzərdə tutulan seçkilərdə antirusiya əhval-ruhiyyəsində olan hökumətlərin dəyişməsi ilə nəticələnə bilər. Qlobal olaraq Rusiyanın əsas istəyi bundan ibarətdir ki, Avropa Birliyində böhran dərinləşsin. Nəticədə isə antirusiya mövqeyini qəti bildirən Avropa liderləri seçkilərdə dəyişsin. Qərbin ən güclü və ən zəif yeri  demokratiya və seçkilərdir. Rusiya da bundan istifadə etməyə çalışır”.

//Safura Bənnayeva, Editor.az