Qərbin Ermənistanla bağlı planları iflasa uğrayacaq: “Rusiya hələ ki olanları seyr edir”- Millət vəkilibackend

Qərbin Ermənistanla bağlı planları iflasa uğrayacaq: “Rusiya hələ ki olanları seyr edir”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Ermənistanı həmişə himayə etməsinə baxmayaraq bu gün bu iki ölkə arasındakı əlaqələr tarixin minimumuna düşüb. Paşinyan hakimiyyəti bütün uğursuzluqlarını Rusiyanın ünvanına yazır və Ermənistanın gələcəyini Avropa İttifaqında gördüyünü ifadə edir. Təbii ki, bu arzular xülyalardan başqa bir şey deyil”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Qərb və Fransa üçün Ermənistan yalnız Rusiyaya təzyiq göstərmək üçün lazımdır:

“Ona görə də Avropa İttifaqına üzvlüklə bağlı şirin fikirlərlə Ermənistanı şirnikləndirirlər. Rusiya hələ ki, Ermənistanın hərəkətlərini seyr etmək mövqeyi tutub. Amma bu məsələnin daha da dərinləşəcəyi təqdirdə Rusiyanın Ermənistana qarşı müəyyən alətlərini işə salacağını hesab edirəm. Rusiya xarici işlər naziri Sergey Lavrov da “Antalya Diplomatiya Forumu 2024” çərçivəsində verdiyi açıqlamalarda Ermənistana qarşı sərt mövqe sərgiləyib. Hesab edirəm ki, Rusiya Ermənistan ərazisindən nə sərhədçilərini, nə də hərbi bazasını çıxartmayacaq. Bunun üçün Rusiyanın kifayət qədər təsir imkanları vardır. Qərbin Ermənistanla bağlı planlarının isə iflasa uğramaqdan başqa bir perspektivini görmürəm”.

//Gülnarə Abasova, Editor.az