“Qərbin məqsədi Cənubi Qafqazı poliqona çevirməkdir”-Millət vəkili ŞƏRH EDİRbackend

“Qərbin məqsədi Cənubi Qafqazı poliqona çevirməkdir”-Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan Fransaya dəvət olunur, Ermənistanın xarici işlər naziri Avropaya çağırılır. Fransa Ermənistana silah göndərir. Görünən budur ki, Cənubi Qafqazın forpost ölkəsi indi də Qərb tərəfindən müharibəyə hazırlanır. Məqsəd Cənubi Qafqaz regionunu poliqona çevirməkdir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Millət vəkili bildirib ki, Azərbaycanın qazandığı qələbədən sonra artıq Ermənistan da yeni reallıqları qəbul edir:

“Nikol Paşinyan Azərbaycanın ərazi büyövlüyünü tanıdığını və sülh razılaşmasına hazır olduğunu bildirdiyi halda Qərb prosesə mane olmaq üçün bütün vasitələrə əl atır. Fransa və ABŞ-ın addımları onu göstərir ki, məqsəd Cənubi Qafqazda sülhü pozmaq və gərginliyi artırmaqdır. Bu yanaşma 30 illik işğalı, bu müddətdə işğalçıya açıq dəstəyi xatırladır. Münaqişə dövründə Qərb azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini, Azərbaycana məxsus ərazilərin dağıdılmasını görməzlikdən gəlirdi. Bizim tarixi torpaqlarımızın işğalını qanuniləşdirməyə çalışırdı. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı heç bir təşəbbüskarlıq yox idi.

İşğalçı ilə işğala məruz qalan arasında heç bir fərq qoymayan Qərb bu gün də ikili standartları davam etdirir.
Bu gün Fransa Ermənistanı silahlandıraraq revanşizmə cəsarətləndirir, Avropa İttifaqı isə “mülki missiya” adı altında bu ölkədəki hərbiləşmiş missiyasını daha da genişləndirir. Faktiki “mülki missiya” Avropa İttifaqının deyil, NATO-nun missiyasına çevrilir. Kanadanın iştirakı, yaxın zamanlarda hətta ABŞ-ın da bu missiyaya daxil olacağı gözlənilir. Yəni, Qərb Ukrayna üzərindən oynadığı kimi indi də Ermənistana eyni aqibəti yaşatmağa çalışır”.

//Gülnarə Abasova, Editor.az