“Reallıq ondan ibarətdir ki, Fransa və bir sıra Qərb ölkələri bölgəmizə sülh gəlməsini istəmirlər”.
Bu sözləri Editor.az-a Ermənistanın sülh sazişindən yayınması ilə bağlı danışarkən millət vəkili Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Qərb bölgədə gərginliyin artması üçün bir sıra tədbirlər həyata keçirir: “Xüsusilə də ən diqqətçəkən məqam Fransa və Qərbin Ermənistanı silahlandırmasıdır. Burada məqsəd Ermənistanı gücləndirərək yenidən münaqişəyə təşviq etməkdir.
Qərbin əsas hədəfi Ermənistanın əli ilə regionda üstün mövqe tutmaqdır. Buna görə də Ermənistandan alət kimi istifadə edirlər. Lakin Azərbaycan qalib və güclü dövlət olaraq Qərbin bu oyununa boyun əyməyəcək və öz məqsədlərinə çatmaq üçün addımlayacaq”.
//Səbinə Hüseynli, Editor.az

