Qərbin NATO-da Ukrayna ilə bağlı razılığa nə vaxt gələ biləcəyi bəlli oldubackend

Qərbin NATO-da Ukrayna ilə bağlı razılığa nə vaxt gələ biləcəyi bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın NATO-ya dəvət olunması ilə bağlı ümumi konsensusa gəlmək aylar çəkə bilər.

Editor.az bu barədə “Reuters”ə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, 32 NATO üzvü arasında Ukraynanın NATO-ya dəvət edilməsi ilə bağlı qərar vermək üçün lazımi konsensusdan əsər-əlamət yoxdur. NATO-nun yüksək rütbəli diplomatı efirdə deyib: “Razılığa gəlmək üçün həftələr və aylar lazım olacaq… Düşünmürəm ki, bu, sabah baş verə bilər. Elə olsa, mən çox təəccüblənəcəyəm”.

Reuters agentliyinin verdiyi məlumata görə, xarici işlər nazirlərinin dekabrın 3-4-də Brüsseldə keçiriləcək görüşü Ukraynanın gələn il potensial danışıqlara girmək üçün mümkün olan ən güclü mövqedə olmasını təmin etmək üçün dəstəyin genişləndirilməsinə yönələcək.

//Gülnarə Abasova, Editor.az