“Qərbin sülhlə bağlı açıqlamaları qətiyyən səmimi deyil”- Tural İsmayılovbackend

“Qərbin sülhlə bağlı açıqlamaları qətiyyən səmimi deyil”- Tural İsmayılov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Faktiki olaraq bu gün qərb təşkilatlarının Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə yanaşması gedişatı ləngidir. Belə ki, sülh müqaviləsi istər birbaşa Azərbaycanla Ermənistan arasında, istər Rusiyanın moderatorluğu ilə imzalansa belə Qərb onun təşkilatlarının prosesdə rol oynamasına çalışır. NATO-nün xüsusi nümayəndəsi Xaviyer Kolomina yeni olmayan bir fikir səsləndirib”.

Bu fikirləri Editor.az-a siyasi analitik Tural İsmayılov NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xaviyer Kolominanın Alyansın Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləməsi barədə fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu gün dünyada baş verən münaqişələrə yanaşmada ABŞ, AP, AŞPA və ATƏT kimi qurumların mütləq şəkildə özlərini hansısa bir formada proseslərdə iştirakına nail olmağa çalışdığının şahidi olunur:

 

“Maraqlıdır, NATO da daxil olmaqla Qərb təşkilatlarının rol aldığı dünyadakı bir çox münaqişələrdə hansısa yenilik əldə edilibmi? Əksinə müşahidə etmişik ki, Qərbin moderatorluğu və ya üçüncü tərəf kimi danışıqlar proseslərində iştirakı xalqlar və dövlətlərarası münasibətlərin daha da pisləşməsinə səbəb olub. Hesab edirəm ki, ABŞ və Avropa İttifaqı və ya Rusiya platformalarında görüşlərin davam etməsindən aslı olmayaraq Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə səmimi inam və dəstək göstərilməlidir. Xaviyer Kolominanın açıqlamaları sülhlə bağlı səmimi istəyi özündə ehtiva etmir”.

//Gülnarə Abasova, Editor.az