Qərbin Ukraynaya verdiyi silahların çoxu yararsızdır?backend

Qərbin Ukraynaya verdiyi silahların çoxu yararsızdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya hədiyyə edilən Qərb istehsalı haubitsanın üçdə biri (təxminən 350) qeyri-işlək vəziyyətdədir. Buna görə də Pentaqon Polşa ərazisində Ukrayna üçün artilleriya silahlarının təmiri mərkəzi təşkil edib.

Editor.az bildirir ki, bu barədə “The New York Times” ABŞ müdafiə rəsmilərinə istinadən yazıb. Təmir bazasında son bir neçə ay ərzində Ukraynada zədələnmiş silahların bərpası üzrə işlər aparılıb. ABŞ hərbi rəsmiləri Ukrayna silahlarının vəziyyətini diqqətlə izləyir.

  //Samir Qurbanov,Editor.az