Qərbin yardımının dayandırılması Ukraynanın müqavimət qabiliyyətinin itirilməsi ilə nəticələnəcəkbackend

Qərbin yardımının dayandırılması Ukraynanın müqavimət qabiliyyətinin itirilməsi ilə nəticələnəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbin yardımının dayandırılması Ukraynanın Rusiya ordusunun qarşısını almaq qabiliyyətini itirməsi ilə nəticələnəcək.

Editor.az xəbər verir ki, Müharibənin Tədqiqi İnstitutunun analitikləri belə hesab edirlər. Hərbi ekspertlərin fikrincə, Ukraynadakı hazırkı mövqe müharibəsi sabit durğunluq deyil, çünki Qərbdə qəbul edilən qərarlar səbəbindən balans asanlıqla hər iki tərəfə çevrilə bilər.

ISW əlavə edib ki, Qərbin təhlükəsizlik yardımı Ukrayna qüvvələrinə Rusiyanın irəliləyişlərini dəf etməyə və daha çox Ukrayna ərazisini azad etməyə imkan verir. Ona görə də bu yardımın davam etdirilməsi Rusiya prezidenti Vladimir Putinin Ukraynada öz məqsədlərinə çatmasının qarşısını almağın yeganə yoludur.

//Samir Qurbanov, Editor.az