“Qərəzli açıqlamaların bir neçə səbəbi var:” Bu ölkələri şantaj edərək…”- Politoloqdan ŞƏRHbackend

“Qərəzli açıqlamaların bir neçə səbəbi var:” Bu ölkələri şantaj edərək…”- Politoloqdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın “Hraparak” nəşrinin məlumatına görə, Ruben Vardanyan açıqlamasında Azərbaycanla münaqişəni istisna etməyib və lazım olduğu halda döyüşəcəklərini bildirib. Separatçı rejimin başçısı Arayik Arutyunyan isə R.Vardanyana etiraz edərək bildirib ki, indi Qarabağda Ermənistandan daha çox silah olsa da, mümkün qədər müharibədən qaçmaq və Azərbaycanla dialoq yolu ilə getmək lazımdır.

Məsələni Editor.az-a şərh edən politoloq Anar Əliyev bildirib ki, Ermənistan mətbuatında separatçı  qüvvələrin rəhbər şəxslərinin dilindən Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında kifayət qədər silah-sursatın və silahlı qüvvələrin cəmləşməsi ilə bağlı məlumatlar səslənməkdə davam edir:

“Bu, Qarabağda rus sülhməramlıları hesabına mövcudluğunu hələ də qoruyub saxlayan separatçı qüvvələrin panika halında olduğunu və vəziyyətin heç də ürəkaçan olmadığını nümayiş etdirir. Digər tərəfdən isə Rusiya sülhməramlı kontingentinin 10 noyabr bəyanatına uyğun olaraq öz missiyasına məsuliyyətlə yanaşmadığını deməyə əsas verir. Son olaraq isə bu formada açıqlamalar Azərbaycana beynəlxalq hüquqla sülhəməcburetmə prosesinə başlama imkanı verir və bunu da heç bir güc məhdudlaşdıra bilməz. Bu məsələ Qarabağda separatçı qüvvələrin mövcud vəziyyəti ilə bağlı həqiqəti ortaya qoyur. “Məğlubedilməz Ermənistan ordusu” 44 gün ərzində Azərbaycan ordusu qarşısında dayana bilmədisə, indi hansısa başıpozuq silahlı dəstənin ölkəmizlə döyüş aparmaq imkanı absurddur”.

Politoloqun fikrincə, bununla həmçinin separatçı qüvvələr bölgədə maraqları olan dövlətləri şantaj edirlər:

“Yenidən münaqişə ocağının yaranacağını bildirərək həmin ölkələrin bölgəyə təsir imkanlarını öz maraqlarına uyğun genişləndirməyə çalışırlar. Hesab edirəm ki, bu cəhdlər batmaqda olan tərəfin saman çöpündən yapışması kimi mənasızdır. Heç bir real və  faktiki nəticələr doğura bilməyəcək. Arayik Artunyanın Vardanyandan fərqli olaraq Azərbaycanla danışıqlara gəlmək zərurətini ifadə etməsi də qüvvələr arasında fikir ayrılığını, bölgənin gələcəyi ilə bağlı fərqli mövqeyə sahib olduqlarını göstərmiş olur. Proses kifayət qədər sürətlə ölkəmizin xeyrinə davam edir.
Bunu isə heç bir qüvvə dəyişə bilməz”.

//Safura Bənnayeva, Editor.az