QƏRİBƏ CİNAYƏT: Arvadını ilanla öldürdübackend

QƏRİBƏ CİNAYƏT: Arvadını ilanla öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın cənubundakı Kerala şəhərində bir kişi arvadını öldürmək üçün kobra ilanı kirayəyə götürüb. Qadın ilanın hücumundan sonra ölüb.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, Hindistanın cənubundakı Kerala bölgəsində P. Sooraj (27) həyat yoldaşı Otranı (25) yatarkən üzərinə zəhərli kobra ataraq öldürüb. Məlum olub ki, kişi daha əvvəl Russellin gürzəsi kimi tanınan ilanla arvadını öldürməyə  çalışsa da, qadın qaça bilib.

Məhkəmə tərəfindən məhkum edilən Sooraj nadir bir üsuldan istifadə etdiyi üçün edama məhkum edilib.

Öldürülən qadının ailəsi, kürəkəninin az maaş aldığını və qızını öldürüb əmlakına sahibləndikdən sonra başqa bir qadınla evlənməyi planlaşdırdığını iddia edib.

//Gülnarə Abasova, Editor.az