İstanbul Kadıköydə gecə saatlarında naməlum şəxs kafedə oturanların masasına atılıb.
Editor.az türk mətbuatına istinadən xəbər verir ki, kafeyə doğru qaçan şəxs “Mən Supermenəm” deyə qışqıraraq müştərilərin oturduğu masanın üstünə atılıb. Stol arxasında əyləşən müştərilərlə yerə yıxılan şəxs bir müddət yerdən qalxa bilməyib, yerdə bir müddət süründükdən sonra qaçıb. Həmin şəxs daha sonra ətrafdakı insanların çaşqın baxışları arasında itib.
Hadisənin baş verdiyi müəssisənin əməkdaşları “Həmin vaxt biz normal işimizi davam etdirirdik. Bir nəfər yuxarıdan qaçaraq “Mən Supermenəm” deyərək masaların üstünə tullandı. Yerə yıxıldıqdan sonra bir az sürünərək qaçdı. Baş verənlərə biz də təəccübləndik. Hərşeydən birdən-birə baş verdi. Hərkəs bir anlıq onun supermen olduğunu düşündü”- deyə bildiriblər.
//Gülnarə Abasova, Editor.az


