Qətər əmiri Prezident İlham Əliyevi təbrik edibbackend

Qətər əmiri Prezident İlham Əliyevi təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

President.az xəbər verir ki, məktubda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Qətər Dövlətinin adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Zati-alinizə möhkəm cansağlığı, firavanlıq, ölkənizə və qardaş xalqınıza daha çox rifah və inkişaf, eləcə də ölkələrimiz arasında ikitərəfli əlaqələrin davamlı inkişafını diləyirəm”.