Qətər: HƏMAS Baydenin son atəşkəs təklifi üzərində işləməyə davam edirbackend

Qətər: HƏMAS Baydenin son atəşkəs təklifi üzərində işləməyə davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS ABŞ prezidenti Co Baydenin Qəzza zolağında atəşkəs razılaşması və İsraillə məhbus mübadiləsi ilə bağlı son təklifi üzərində işləməyə davam edir.

Editor.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari məsələ ilə bağlı Qətərin rəsmi xəbər agentliyi olan QNA-ya açıqlama verib. O, HƏMAS-ın hələ də təklifi araşdırdığını bildirib.

Qətərin Misir və ABŞ ilə ortaq vasitəçilik səylərinin davam etdiyini bildirən Ənsari xüsusən də hazırkı danışıqlar vəziyyətinin həssaslığını nəzərə alaraq, mediada yer alan yalan xəbərlərə əhəmiyyət verməmək və rəsmi mənbələrdən başqa etibarlı olmayan media xəbərlərini görməməzlikdən gəlmək lazım olduğunu diqqətə çatdırıb.

//Gülnarə Abasova, Editor.az