Qətər hökumətindən Messi ilə bağlı sürpriz qərar!backend

Qətər hökumətindən Messi ilə bağlı sürpriz qərar!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya çempionatında rekordlara imza atan və çempionatdan sonra ölkəsində qəhrəman elan edilən Argentina yığmasının kapitanı Lionel Messinin Qətərdə qaldığı otaqla bağlı sürpriz qərar verilib. Editor.az xəbər verir ki, Qətər dünya çempionatının qalibi Argentina yığmasının kapitanı Lionel Messinin otağını muzeyə çevirmək qərarına gəlib.

Argentina Milli Komandası Dünya Kuboku zamanı Qətər Universitetinin kampüsundə qalıb.

Xatırladaq ki, Dünya Kubokunun finalında Argentina millisi Fransanı məğlub edərək 36 illik turnirdən sonra yenidən dünya çempionu olmağı bacarıb.

//Samir Qurbanov, Editor.az