Qətər İsrail-HƏMAS arasındakı atəşkəslə bağlı açıqlama veribbackend

Qətər İsrail-HƏMAS arasındakı atəşkəslə bağlı açıqlama verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətərdən verilən açıqlamada qarşıdakı 48 saat ərzində HƏMAS-ın gündə 10 girovu azad etmə imkanlarına uyğun olaraq atəşkəsin uzadılmasına diqqət yetiriləcəyi bildirilib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 7-də İsraildə təşkil edilən hücumlarda 310-dan çox əsgər olmaqla 1200 israillinin həlak olduğu, 5 min 132 nəfərin yaralandığı açıqlanıb. İsrail ordusunun məlumatına görə, Qəzzada baş verən qarşıdurmalarda 70, 6 İsrail əsgəri həlak olub.

Qəzza hökumətinin məlumatına görə, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı 6 min 150-dən çoxu uşaq və 4 mindən çoxu qadın olmaqla 15 mini keçib.

Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin hücumları nəticəsində 239 fələstinli həyatını itirib.

İsrail ordusu işğal zamanı Qəzzada on minlərlə yaralı və mülki vətəndaşın sığındığı onlarla xəstəxananın şəhərciklərinə və ya əsas binalarına zərbələr endirib, bəzi xəstəxanalara basqın edib. Hücumlarda yüzlərlə insan ölüb, yaralanıb.

Qeyd edək ki, oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında sərhəddə baş verən qarşıdurmalarda isə 85 Hizbullah üzvü ölüb.

//Səbinə Hüseynli, Editor.az