Almaniya hökuməti 2024-cü ilin birinci yarısında Qətərə 100 milyon avrodan bir qədər çox dəyərində silah satışına icazə verib.
Editor.az bildirir ki, bu barədə “Bild” xəbər verir. Nəşrin məlumatına görə, bu məbləğin böyük hissəsi müasir RCH 155 təkərli qaubitsaların alınmasına yönələcək.
Bunun müqabilində Qətər 24 ədəd PzH 2000 özüyeriyən haubitsalarının yarısını Ukraynaya təhvil verəcək. Təxmini çatdırılma vaxtları göstərilmir.
Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür. Ümumilikdə Almaniya Kiyevə təqribən 28 milyard avro məbləğində hərbi yardım göstərib. Bununla belə, iyulda təsdiqlənən 2025-ci il büdcəsinin bir hissəsi olaraq, Almaniya hakimiyyəti bu məqsədlər üçün 4 milyard avro ayıracaq ki, bu da bu ilin yarısı qədərdir.
Avqustun 18-də Ukrayna prezidenti Vladimir Zelenski Qərb ölkələrindən elan edilən yardım paketləri çərçivəsində silah tədarükünü sürətləndirməyi xahiş edib. Elə həmin ay Berlin Kiyevə yeni yardım proqramlarına moratorium qoyub.
//Samir Qurbanov, Editor.az