Qətər Xarici İşlər Nazirliyi İsrail-Fələstin müharibəsi ilə bağlı bəyanat yayıbbackend

Qətər Xarici İşlər Nazirliyi İsrail-Fələstin müharibəsi ilə bağlı bəyanat yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər Xarici İşlər Nazirliyi bu gün verdiyi açıqlamada İsrail və HƏMAS arasında humanitar vəziyyətin sona çatması ilə İsrailin Qəzzaya hücumlarını bərpa etməsindən təəssüfləndiklərini bildirib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyi açıqlamasında Qətər Dövlətinin İsrailin Qəzza zolağına hücumlarının humanitar fasilənin sona çatmasından sonra müddətinin uzadılması ilə bağlı razılaşma olmadan yenidən başlamasından dərin təəssüf hissi keçirdiklərini bildirib. Nazirlik vasitəçi kimi çıxış edəcəyini və humanitar sülhün davam etməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib:

“Xarici İşlər Nazirliyi təsdiq edir ki, iki tərəf arasında danışıqlar fasiləyə qayıtmaq üçün davam edir. Nazirlik həmçinin bəyan edir ki, Qətər Dövləti vasitəçi tərəfdaşları ilə birlikdə humanitar fasiləyə səbəb olan səyləri davam etdirməkdə qərarlıdır və əmin-amanlığın bərpası üçün lazım olan hər şeyi etməkdən çəkinməyəcək”.

Fasilə bitdikdən sonra yaranmış vəziyyətlə bağlı nazirlik ilk saatlarda Qəzza zolağının bombalanmasının davam etdirilməsinin vasitəçilik səylərini çətinləşdirdiyini və Qəzzada humanitar fəlakəti daha da pisləşdirdiyini vurğulayır və bu kontekstdə beynəlxalq ictimaiyyətin zorakılığı dayandırmaq üçün tez hərəkət etməli olduğunu bildirib.

//Səbinə Hüseynli, Editor.az