Qətərin “Əl-Raya” qəzetində Ermənistanın Gəncəyə raket hücumundan bəhs edən məqalə dərc olunubbackend

Qətərin “Əl-Raya” qəzetində Ermənistanın Gəncəyə raket hücumundan bəhs edən məqalə dərc olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətərin ərəb dilində nəşr olunan “Əl-Raya” qəzeti Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı məqalə yayıb.
Ölkəmizin Qətərdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Ermənistan ordusunun oktyabrın 17-də gecə Gəncə şəhərini raket hücumuna məruz qoyduğu qeyd olunub. Bildirilib ki, hücum nəticəsində Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə iki yaşayış binası dağılıb, 13 nəfər həlak olub, 50-dən çox dinc sakin yaralanıb. Bundan əlavə, ətrafdakı çox sayda bina, mülki infrastruktur obyekti, nəqliyyat vasitəsi zərər görüb.