Qətərin sənaye istehsalı 2022-ci ilin ilk ayında neft və təbii qaz hesabına artıb.
Editor.az xəbər verir ki, Qətər Dövlətinin Planlaşdırma və Statistika Qurumundan verilən açıqlamaya görə, sənaye istehsalı yanvar ayında bir əvvəlki aya görə yüzdə 3,4, bir əvvəlki ilin eyni ayına görə isə yüzdə 6,0 artıb.
Xam neft və təbii qaz hasilatı aylıq 3,7 faiz, illik isə 7,2 faiz artıb. İstehsal sektoru aylıq 0,1 faiz, illik isə 2,4 faiz artıb.
//Gülnarə Abasova, Editor.az

