Qətərin tanınmış bloggerləri Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıbbackend

Qətərin tanınmış bloggerləri Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov bu ölkənin tanınmış bloggerləri Aişə Əl-Mənnai, Məhəmməd Şəhvani və Saleh Əl-Mərri ilə görüşüb.
Ölkəmizin Qətərdəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektləri barədə ətraflı məlumat verilib, mövcud vəziyyət izah edilib, bununla əlaqədar müvafiq materiallar təqdim olunub.
Öz növbələrində bloggerlər Azərbaycanın mövqeyinin ədalətə və beynəlxalq hüquqa əsaslandığını bildirərək, Qətər xalqının hər zaman ölkəmizin haqq işini dəstəklədiyini qeyd ediblər.