Qeyri-bərabər güc nümayişi: ABŞ-ın cavabı nə olacaq? -Politoloqdan AÇIQLAMAbackend

Qeyri-bərabər güc nümayişi: ABŞ-ın cavabı nə olacaq? –AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ticarət gəmilərinin vurulması, daşınmaların əngəllənməsi beynəlxalq aləmdə bilavasitə qeyri-bərabər gücün nümayişi prinsipinə söykənir”.

Bunu Editor.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli ABŞ-ın Qırmızı dənizdə Hindistan və Norveç bayraqları olan neft tankerinin vurulmasında İranı günahlandırması məsələsinə münasibət bildirərkən deyib.

O, husilərin İran tərəfindən maliyyələşdirilməsi faktına diqqət çəkib:

“Silahlar birmənalı şəkildə İrandan alınıb və bilavasitə onların hərbi gücünün təsdiqi kimi bu aktlara nəzər yetirmək lazımdır. Bölgədə ABŞ və müttəfiqləri qalıcıdırmı? Akt baş verirsə, həmin bölgənin iqtisadi təhlükəsizliyi və dəhliz funksional xarakteri zərbə altına düşür. Bu halda bölgədə kim qalmalı və savaş nə uğrunda aparılmalıdır? Bu qarşıdurmalar İraqda, Əfqanıstanda hansı nəticələrə səbəb olub ki, Qırmızı Dənizdə də Qərb koalisiyasının qalib gəlməsinə səbəb olsun? Husilər və İranın həyata keçirtdiyi bu assimetrik savaş formasına ABŞ-ın adekvat cavab vermə imkanları məhduddur”.

//Gülnarə Abasova, Editor.az