“Qeyri-rəsmi anlaşma var ki, Ukraynaya…” – Şok iddiabackend

“Qeyri-rəsmi anlaşma var ki, Ukraynaya…” – Şok iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO ölkələri arasında Ukraynaya müəyyən silahların verilməsindən çəkinmək üçün qeyri-rəsmi razılaşmalar var.

Bu barədə Almaniyanın DPA xəbər agentliyi məlumat yayıb.

Bunun NATO-nun minimuma endirmək istədiyi Rusiya ilə birbaşa hərbi qarşıdurma riskinə bağlı olduğu bildirilib.

“Narahatlıq var ki, Rusiya rəsmi olaraq Qərbin tank və döyüş təyyarələrinin tədarükünü müharibəyə girmək kimi dəyərləndirə və buna hərbi addımla cavab verə bilər. Hələlik Ukraynaya bu tip silah sistemləri verilməyib”, – agentlik qeyd edib.

Almaniya Sosial Demokrat Partiyasından (SPD) verilən məlumata görə, bu qeyri-rəsmi anlaşmaya rəsmi Berlin də daxildir.

SPD-in parlament fraksiyasının müdafiə siyasəti üzrə sözçüsü Volfqanq Helmix DPA-ya bildirib ki, Bundestaqın Müdafiə Komitəsi mayın ortalarında bu barədə tam məlumatlandırılıb.

DPA yazıb ki, NATO-ya üzv ölkələr Rusiya ilə qarşıdurmada alyansın tam dəstəyini ala bilməyəcəklərindən qorxurlar. Bu səbəbdən də, Ukraynaya hücum silahları verməkdən çəkinirlər.

Agentlik qeyd edib ki, məsələn, Polşa iki aydan çox əvvəl sovet istehsalı “MiQ-29” qırıcılarını Ukraynaya verməkdən imtina edib.

ABŞ-ın Avropadakı qüvvələrinin baş komandanı Todd Daniel Uolters mart ayında demişdi ki, “MiQ-29”-ların Ukraynaya tədarükü “yüksək riskli ssenari”dir: “Bu, Moskva tərəfindən yanlış şərh oluna və Rusiya ilə NATO arasında gərginliyə səbəb ola bilər”.

Bundan əvvəl Prezident Vladimir Zelenski Ukraynaya ağır silahların verilməsinin dünyada sabitliyin qorunmasına ən yaxşı investisiya olduğunu deyib.

Teleqraf.com