Qeyri-sabit hava şəraiti taksi qiymətlərinə bu qədər təsir etməməlidir: İşbazlar fürsətdən İSTİFADƏ EDİRbackend

Qeyri-sabit hava şəraiti taksi qiymətlərinə bu qədər təsir etməməlidir: İşbazlar fürsətdən İSTİFADƏ EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi ötən gün axşam saatlarından Bakıda və Abşeron yarımadasında başlayan yağıntılı hava şəraiti bu gün səhər saatlarında taksi xidmətinə tələbatın artmasına gətirib çıxarıb.

Vəziyyətdən istifadə edən taksi şirkətləri isə qiymətləri az qala 40-50% bahalaşdırıblar.

Mövzu ilə bağlı Editor.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov qeyri-sabit hava şəraitində və günün pik saatlarında taksi qiymətlərinin artmasının hər zaman aktual problem olduğuna diqqət çəkib:

“Bu, artıq ənənəvi hal alıb. Taksi qiymətlərində vahid bir qrafik olmadığı üçün gözlənilməz hallarda qiymətlər oynamağa başlayır. Fürsətdən istifadə edərək yaralananlar isə işbazlardır. Digər tərəfdən taksi şirkətlərində müəyyən boşluqların olması sonda müştəri məmnuniyyətsizliyinə, qiymət artımlarına gətirib çıxarır. Bunun digər formatda çıxış yolu mümkündür. Ümid edirik ki, yaxın gələcəkdə bu problemlər aradan qaldırılacaq. Qeyri-sabit hava şəraiti qiymətə təsir etməməlidir. Şirkətlər dayanıqlı qiymət modeli yaratmalıdır”.

Ekspert bildirib ki, hazırda məzuniyyət və istirahət ayları olduğu üçün şəhərdə əhalinin sayı azalıb:

” Beləliklə avtomobil seyrəkliyi də mövcuddur. Ona görə də qiymət bahalaşması gözlənilirdi. Avtomobil sayını artırmağa, ölkəyə sərnişindaşımaya uyğunlaşdırılmış taksilərin idxalını sürətləndirmək, daha sərfəli, yanacağı az işlədən faydalı iş əmsalı böyük olan nəqliyyat vasitələrinin gətirilməsinə ehtiyac var”.

//Gülnarə Abasova, Editor.az