Qəzada ölən ata və oğludur – Fotobackend

Qəzada ölən ata və oğludur – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Goranboy rayonunda “Lada” markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində ata və oğul həyatını itirib.

“Yeni SAbah” xəbər verir ki, yanvarın 1-i gecə saat 23:30 radələrində ölən 40 yaşlı sürücü Adil Hüseynov və onun 17 yaşlı oğlu Sabir Hüseynovdur.

Goranboy Rayon Mərkəzi Xəstəxanasında xəsarət alan 2 qadın sərnişinə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ailələrinin istəyi ilə özəl tibb müəssisələrindən birinə təxliyə olunublar.