Qəzada ölən əmioğlular həkimə gedirmişlər… – FOTOLARbackend

Qəzada ölən əmioğlular həkimə gedirmişlər… – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədidə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasının təfərrüatı məlum olub.

Editor.az  bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Mingəçevir-Bəhrəmtəpə yolunun Qaradolaq kəndindən keçən hissəsində “Qazel”lə toqquşan “VAZ 21015”dəki şəxslər Ağcabədidən Bərdəyə həkimə gedirmişlər.

Belə ki, “VAZ”ın sürücüsü 1984-cü il təvəllüdlü Orxan Vəliyev həyat yoldaşı Türkan Vəliyeva və 1972-ci il təvəllüdlü əmisi oğlu Elsevər Vəliyevlə birgə Bərdəyə yola düşdükdən az sonra faciəvi hadisə ilə üzləşiblər.

Qəza nəticəsində sürücü və əmisi oğlu Elsevər həlak olub. O.Vəliyevin Vətən müharibəsi iştirakçısı olduğu bildirilib.

Ağır xəsarətlər alan T.Vəliyevanın müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qəzada ölən əmioğlular həkimə gedirmişlər... - FOTOLAR

Orxan Vəliyev

Qəzada ölən əmioğlular həkimə gedirmişlər... - FOTOLAR

Elsevər Vəliyev

Qəzada ölən əmioğlular həkimə gedirmişlər... - FOTOLAR