Qəzada vəfat edən Nərgiz hərbçi imiş… – FOTObackend

Qəzada vəfat edən Nərgiz hərbçi imiş… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki gün əvvəl Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda mikroavtobusun aşması nəticəsində vəfat edən Nərgiz Qədimbəyli ilə bağlı məlumatlar üzə çıxıb.

Editor.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, qəzada vəfat edən xanım sərnişin hərbçi olub.

Rayonun Bənənyar kəndindən olan Nərgiz səhər saatlarında işə gedərkən yol qəzası baş verib.

N.Qədimbəylinin fotosunu təqdim edirik:

Qeyd edək ki, aprelin 7-də səhər saatlarında Culfanın Ərəzin kəndi ərazisində rayon sakini R.Abdullayevin idarə etdiyi “Hyundai” markalı mikroavtobusun aşması nəticəsində daha 6 nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Culfa rayon Polis Şöbəsində araşdırma aparılır.