Qəzaya uğrayan təyyarədən 1,2 milyon dollar oğurlandıbackend

Qəzaya uğrayan təyyarədən 1,2 milyon dollar oğurlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın Bədəxşan əyalətində “Falcon 10” təyyarəsinin qəzaya uğraması zamanı 1,2 milyon dollar pul oğurlanıb.

Editor.az bildirir ki, bu barədə Əfqanıstanın “Hasht e Subh” nəşri bölgədəki mənbələrə istinadən yazır. Onun sözlərinə görə, qəza yerinə ilk gələn qrup “Taliban” silahlı qüvvələrinin baş qərargah rəisi ilə bağlı olub. Nəşrin məlumatına görə, oğurluqdan sonra “Taliban” Bədəxşan qubernatoru qrupun baş nazirinin müavini Məhəmməd Həsən Axundun göstərişi ilə faktların müəyyən edilməsi və işin araşdırılması üçün komissiya təyin edib.

Əfqanıstan nəşrinin məlumatına görə, istintaq komissiyasına Bədəxşan vilayətində “Taliban” kəşfiyyat idarəsinin rəhbəri rəhbərlik edir. Hələlik nə Taliban nümayəndələri, nə də Rusiya rəsmiləri bu xəbəri şərh etməyiblər.

Xatırladaq ki, “Falcon 10” biznes-jeti yanvarın 20-də axşam saatlarında əlaqəni dayandırıb. Təyyarə Rusiyanın “Athletic Group” şirkətinə və fərdi şəxsə məxsus olub. O, Qaya (Hindistan) – Daşkənd (Özbəkistan) – Jukovski (Rusiya) marşrutu üzrə çarter təcili yardım reysi həyata keçirirdi.

//Samir Qurbanov, Editor.az