Qəzet saytlarının yenidən qurulması prosesi başa çatıb – Əhməd İsmayılovbackend

Qəzet saytlarının yenidən qurulması prosesi başa çatıb – Əhməd İsmayılov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzet saytlarının yenidən qurulması prosesi başa çatıb.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu noyabrın 24-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, Media Təhlil Mərkəzinin tərəfdaşlığı ilə “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimi zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O qeyd edib ki, əksər qəzetlərin saytları ya yenidən qurulub, ya da əsaslı dəyişiklik edilib.

“E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platforması qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi və digər innovativ yeniliklərin sahədə yaratdığı ehtiyaclar və müşahidə edilən müasir tendensiyalar nəzərə alınaraq hazırlanıb. “E-köşk” platforması vasitəsi ilə oxucular ölkədə baş verən yeniliklərdən daim xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə rəqəmsallaşdırılmış arxivdən faydalana bilərlər. Qiymətlər subyektlərin özləri tərəfindən sərbəst şəkildə tətbiq edilir”, – deyə Ə.İsmayılov bildirib.