Qəzza sektorunda ölənlərin sayı 50 minə yaxınlaşdıbackend

Qəzza sektorunda ölənlərin sayı 50 minə yaxınlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son 24 saat ərzində İsrail hərbçilərinin Qəzza sektorunu atəşə tutması nəticəsində 26 nəfər ölüb, 84 nəfər yaralanıb. Nazirliyin məlumatına görə, bu günədək Qəzza zolağında ölənlərin ümumi sayı 41 252, yaralıların sayı isə 95 497 nəfərdir. “Bir sıra qurbanlar hələ də dağıntılar altında və yollardadır, təcili yardım və mülki müdafiə qrupları onlara çata bilmir”, – Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

Agentlik və media İsrailin 17 sentyabr və 18 sentyabr gecəsi Qəzza zolağına hücumları barədə məlumat verməyib. İsrail Müdafiə Qüvvələri (IDF) Rəfah və Livan ərazilərinə hücumlar təşkil etdiyini bildirib. Bir gün əvvəl Livanda “Hizbullah”la əlaqəli peycerlərin kütləvi partlayışları nəticəsində 11 nəfər həlak olmuş, 4 mindən çox insan yaralanmışdı. “Hizbullah” liderləri hücumda İsraili günahlandırıb.

//Samir Qurbanov, Editor.az